“PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!”
Azərbaycanın yerli alqı-satqı və xidmət ekosistemini köklü şəkildə dəyişməyi hədəfləyən PRAYK platforması sürətlə böyüyən texnoloji startaplardan biridir.
"Qafqazinfo” layihənin təsisçisi və rəhbəri Kamran Aydınovun PRAYK-ın üstünlükləri, texnoloji fərqlilikləri, konfidensiallıq məsələləri və gələcək planları haqqında müsahibəsini təqdim edir:
- PRAYK istifadəçilərə hansı konkret üstünlükləri və rahatlıqları təqdim edir?
- PRAYK-ın əsas məqsədi istifadəçilərlə bizneslər arasında vasitəçiləri aradan qaldırmaq, şəffaf ticarət mühiti yaratmaq və ödənişsiz reklam imkanları təqdim etməkdir. Platformamızda istər məhsul, istərsə də xidmət təklif edən hər kəs öz təkliflərini birbaşa olaraq müştəriyə çatdıra bilir – heç bir gizli komissiya və ya vasitəçi olmadan.
Bundan əlavə, istifadəçilər heç bir reklam və abunəhaqqı ödəmədən məhsul yerləşdirə, fərdi onlayn mağaza və kataloq yarada bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün böyük üstünlükdür. Bizim üçün əsas prinsip budur: sizin məhsul – sizin qiymət – sizin şərtləriniz.
- Son illərdə onlayn platformalarda məlumat oğurluğu və dələduzluq halları artıb. PRAYK olaraq istifadəçilərin şəxsi məlumatlarını necə qoruyursunuz? Bu sahədə hansı texniki və etik məsuliyyətləri üzərinizə götürmüsünüz?