Prezident bu layihəni təqdim etdi - 6 min cəriməsi var

Prezident bu layihəni təqdim etdi - 6 min cəriməsi var

Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir. Miq.Az APA-ya istinadən xəbər verir kui, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.
 
Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
 
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
 
Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.
 
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az