Prezident İlham Əliyev: "Azərbaycan Suriyada humanitar məsələlərin həllinə töhfə verir"

Prezident İlham Əliyev:
Prezident İlham Əliyevə məxsus "twitter” hesabından (@azpresident) Suriyada yaşanan proseslərlə bağlı qısa mesajlar paylaşılıb.

Prezident İlham Əliyev Azərbaycanın Suriyada humanitar məsələlərin həllinə töhfə verdiyini və gələcəkdə də bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib: "Suriyada əsas məsələ sülhün, atəşkəsin təmin edilməsi, problemin siyasi həllinin tapılmasıdır”.

Dövlət başçısı onu da qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində Azərbaycan bu gün Suriyada olan humanitar fəlakət və böhranla üzləşib.

Prezident İlham Əliyev "Ermənistan Azərbaycanın 20% ərazisini işğal etmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan çətinliklərdən əziyyət çəkmiş ölkə kimi inkişafı təmin etməyin yolunu bilir və öz təcrübəsini bölüşməyə hazırdır” - deyə yazıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanda 250 min qaçqın evlə təmin edilmiş, qaçqınlar arasında yoxsulluq səviyyəsi 70%-dən 12%-ə endirilib. Son on ildə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb, yoxsulluq və işsizlik 5 %-ə düşüb, 100 % savadlılıq səviyyəsinə nail olunub.

Prezident İ.Əliyev "Azərbaycan sülhü, humanizmi təşviq edən ölkədir və bu sahədə öz vacib rolunu oynamağa davam edəcəkdir” - deyə qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az