Prezident Parisdə görüşlər keçirdi - Foto

Prezident Parisdə görüşlər keçirdi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə "SUEZ” qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

Miq.az  xəbər verir ki, görüşdə Azərbaycan ilə "SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirilib. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olunub, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirilib.

Prezident martın 13-də Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu və "CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az