25 may aksiyası iştirakçıları tərəfindən
Eurovision-2012 Mahnı Müsabiqəsi zamanı “xalq gəzintisinə” çıxanlar mülki geyimlilərin rəftarı barədə Azərbaycan prezidentinə müraciət hazırlayır.”Vətninfo.az”a bunynla bağlı məlumat verən hüquuşünas Əlkbər Məmmədo bildirib ki, əsasən müxalifətyönlü İctimai Palata üzvləri olan aksiyaçılar deyir ki, mayın 25-də “Ölkədə demokratik islahatlar aparılsın” tələbi ilə keçirilən gəzintidə vətəndaşlar polis zorakılığına məruz qalıb. İştirakçıların hüquqlarını müdafiə edən Ələkbər Məmmədov məsələyə siyasi deyil, hüquqi tərəfdən baxılmasını istəyir:
“Aksiya sivil idi, heç bir şüar, nümayiş yox idi, bu asayiş pozuntusu deyildi. Lakin mülki polislər vətəndaşların əllərini buraraq, maşınlara mindirib və idarələrdə söyüş və döyməklə təhqir edib”.
Məmmədov deyir ki, bu insanlar hazırda da polisə dəvət edilir, hədə-qorxu alır, cəzalandırılır və cərimə ödəyirlər. Zorakılığa məruz qaldığını deyən AXCP üzvü Elçin Həsənov isə Milli parka gəldiyi zaman ATƏT nümayəndələri ilə salamlaşarkən Cəmil Hacıyev və digərləri ilə birgə saxlanıldığını deyir.
“Bizə dedilər ki, siz Azərbaycanın imicini korlayırsınız və sizi döymək üçün bura çağırmışıq”, Həsənov qeyd edir.
Şəhla Hacıyeva isə Eurovision ərəfəsində baş verən mitinqlərin ikisində zorakılıqla qarşılaşdığını qeyd edir:
“Mayın 21-də məni polis maşına mindirərkən döyüb, 24-də isə saxlanılan zaman isə polislər təhqir edib”.
17 yaşlı Nərmin Xəlilovanın sözlərinə görə, valideynlərinə xəbər verilmədən 6 saat bölmədə saxlanılıb. Ələkbər Məmmədovun sözlərinə görə azyaşlı uşaqdan valideyni olmadan izahat alınması hüquq pozuntusudur. Onun sözlərinə görə, ümumilikdə, AXCP-dən 17 nəfər zərər çəkib, ADP-dən 12 nəfər hazırda polisə çağrılaraq sorğu-sual edilir:
“Saatlı şöbəsindən isə İlham Süleymanov hazırda Şüvəlanda xuliqanlıq maddəsi ilə ittiham edilərək həbsdədir”. Hüquq müdafiəçisi prezidentdən “real vəziyyətə münasibət bildirməsi” üçün məktub yazacağını və surətlərin eyni zamanda, səfirlik və beynəlxalq təşkilatların ofislərinə göndəriləcəyini bildirib.