Prezidentin işdən çıxartdığı başçı kimdir?

Prezidentin işdən çıxartdığı başçı kimdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yeni təyinatı ilə bağlı heç bir sərəncam yoxdur.

Axar.az xəbər verir ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib, 1975-1976-cı illərdə hərbi xidmət keçib.
1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb.
1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1985-1989-cu illərdə Ağsu rayon Partiya Komitəsində təlimatıçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləyib.
18 dekabr 2007-ci ildən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir oğlu, üç nəvəsi var.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az