"Petro Poroşenkonun bloku" Ukraynanın yeni, səkkizinci çağırış Ali Radasında ölkənin yüksəkvəzifəli şəxslərinin, o cümlədən prezidentin toxunulmazlığının ləğv edilməsi təşəbbüsü ilə çxış edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Xalq Cəbhəsi Partiyasının sədri Yuri Lutsenko məlumat verib.
Ölkə konstitusiyasına görə, prezident öz toxunulmazlıq hüququndan səlahiyyətlərinin icrası zamanı istifadə edir.
Lutsenkonun sözlərinə görə, onun partiyası hələ seçkiqabağı kampaniyaya başlamazdan əvvəl xalq deputatlarının, hakimlərin və digər vəzifəli şəxslərin toxunulmazlığının ləğv edilməsi barədə istəyini bəyan edib. Lutsenko qeyd edib ki, onun partiyası dövlətin yüksəkvəzifəli şəxsinin (Ukrayna prezidentinin) toxunulmazlığının ləğv edilməsinə səs verməyə hazırdır".
Bazar günü Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Вeş illik müddətə 423 parlamentari seçilib: onlardan 198-i birmandatlı majoritar dairədən, 225-i isə beşfaizlik baryeri keçməklə partiya siyahısı üzrə seçilib.
Protokolların 20,15 faizi hesablandıqdan sonra, seçkilərdə Baş nazir Arseniy Yatsenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası 21,66 faiz səslə liderlik edir, "Petro Poroşenkonun bloku" 21,66 faiz səslə ikincidir. Partiyalar arasında fərq 134 səsdir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib