"Problemlərin səbəbkarları Əli Kərimli, İsa Qəmbərlərdir" - Komitə sədri
O qeyd edib ki, Azərbyacanın beynəlxalq əhəmiyyətli tədbirlərini gözü götürməyən şəxslər Fransada, başqa yerlərdə Azərbaycanı iqtisadiyyatı zəif, sosial problemləri olan dövlət kim göstərməyə çalışırlar.
"Bu gün Azərbaycanda olan problemlərin səbəbkarları elə ABŞ və Fransa kimi dövlətlər, Əli Kərimli, İsa Qəmbərlərdir. Onlar torpaqlarımızın düşmənə verilməsinə səbəb olublar. ABŞ və Fransa 30 ildə Ermənistanın işğalına qarşı çıxmadı, əksinə onları dəstəklədilər. 30 il Azərbaycan 1 milyon qaçqına sosial yardım edib, yataqxanalar tikilib. İşğal olmasaydı, qaçqın və köçkünlərin sosial mühitinə vəsaitlər xərclənməsəydi, bir dənə də qəzalı məktəb, bağça qalmazdı. İşğaldan azad olunan ərazilər əkilər, becərilər ölkəyə məhsul verərdi. Bu həqiqətləri düşmənlər yaxşı bilsələr də, əhalinin sosial durumunu, iqtisadiyyatı barədə yalan məlumatlar verirlər. Amma vətəndaşlarımız reallığı daha yaxşı bilir”.