Prokuror keçmiş mer üçün ömürlük həbs cəzası istədi

Prokuror keçmiş mer üçün ömürlük həbs cəzası istədi
Moskvada Mahaçqalanın keçmiş meri Səid Əmirovumn məhkəmə prosesi yekun mərhələyə daxil olub.  
Vətəninfo.az-ın məlumatına görə, Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, dövlət ittihamçısı Mahaçqalanın Sovetskiy rayonunun istintaq komitəsinin sədri Arsen Hacıbəyovun qətlini sifariş verdiyi üçün Əmirovun ömürlük həbs cəzasına məhkum olunmasını istəyib.
Səid Əmirov isə ona qarşı irəli sürülən ittihamları rədd edib və prosesin qurama olduğnu deyib. 18 il ərzində Mahaçqalanın əvəzsiz meri olan Səid Əmirov sui-qəsd nəticəsində yerimək qabiliyyətini itirib. 2014-cü ildə o, korrupsiya ittihamı ilə 10 il həbs cəzası da almışdı.    


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az