Putin Bağdadinin başını istədi: “Moskvaya gətirin”
Rusiya Prezidenti Vladimir Putin İŞİD lideri Əbubəkr Bağdadi və digər təşkilat liderlərinin canlı tutulması barədə göstəriş verib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Kreml rəhbəri bunun mümkün olmadığı halda terrorçuların cəsədlərinin Moskvaya gətirilməsini tələb edib.
Mütəxəssislərin fikrincə, zabitlərlə görüşən Putin Qərb koalisiyasının səriştəsizliyini göstərmək üçün belə bir tapşırıq verib.
Bu arada Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Bağdadinin saxlandığı Rakka şəhərinin bombardman edildiyini açıqlayıb.