Putin Fəthullah Güləndən danışdı

Putin Fəthullah Güləndən danışdı

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə mənə 15 iyul qiyamının FETÖ tərəfindən həyata keçirildiyini və təşkilatın rəhbəri Fəthullah Gülənin ABŞ-da yaşadığını söylədi”.

"Qafqazinfo”nun verdiyi məlumata görə, bu barədə "Valday” Beynəlxalq Müzakirə Klubunun Soçidə təşkil olunan toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin ona Fəthullah Gülənlə bağlı ünvanlanmış suala cavabında bildirib.

"Hansı üsulla olursa-olsun, başqa bir ölkənin daxili siyasətinə müdaxilə qəbuledilməzdir. İstər kiber hücumlar, istərsə də ölkə daxilində olan hər hansı bir təşkilatın vasitəsilə dövləti dağıtmağa heç kimin ixtiyarı yoxdur”, - deyə Putin vurğulayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az