Putin Fransadan 1 milyard avro qoparır
Fransa iki ədəd "Mistral" gəmisinin Rusiyaya satılması ilə bağlı müqaviləni pozduğuna görə 1 milyard avroya yaxın vəsait ödəyəcək.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə cümə günü ölkənin İnter
radiostansiyasına müsahibəsində Fransanın maliyyə naziri Mişel Sapen
bildirib.
O, fransız KİV-lərində yayılan
"Mistral" gəmiləri üçün kompensasiyanın ümumi məbləği 2 milyard avro olacaq" barədə məlumatları
təkzib edib: "Bütün rəqəmlər təqdim ediləcək, hər şey şəffaf olacaq.
Siz məndən soruşursunuz ki, bu rəqəm 2 milyard avro olacaqmı, məndə
rəsmi şəkildə cavab verirəm ki, belə bir rəqəm yoxdur və bu, 1 milyard
avrodan az olacaq."

Mişel Sapen - Fransanın maliyyə naziri
Onun sözlərinə görə, Rusiya ilə müqavilənin pozulması məsələsinə avqustun sonuna kimi hökumət tərəfindən baxılacaq.
"Le Canard Enchaine" fransız həftəlik nəşri daha əvvəl etibarlı
mənbələrə istinad edərək yazıb ki, Fransanın gəmi alqı-satqısı ilə bağlı
itkisi 2 - 2,4 milyard avro qiymətləndirilir.
Fransasının sabiq prezidenti Nikola Sarkozinin Respublikaçılar və sağ
radikal yönümlü "Milli Cəbhə" partiyaları Rusiya ilə müqavilənin pozulma
səbəblərinin dəqiq araşdırmasını tələb edir.
Ümumiyyətlə, hər iki gəmi 2011-ci ildə Rusiya ilə bağlanmış 1,2 milyard
dollarlıq müqaviləyə əsasən, rus donanması üçün hazırlanıb. Sözügedən
müqavilə ilə bağlı uzun müddətdir müzakirələr gedir. Rusiyanın Ukraynada
törətdiklərinə görə NATO müttəfiqləri Parisə təzyiq göstərir və
gəmiləri çatdırmamağı tələb edirlər.

Vladimir Putin-Rusiya prezidenti və Fransua Olland- Fransa prezidenti
Bundan əlavə, prezident Fransua Olland Ukraynada inkişaf olmadığını əsas
gətirərək hər 2 gəminin çatdırılmasını "növbəti xəbərdarlığa” qədər
təxirə salıb. Moskva isə ölkənin şərqində rusyönümlü separatçıları
silahlandırmaqda ittiham olunur.
Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Fransa sözünün üstündə durmasa,
bunun nəticəsi pis ola bilər: "Fransa sonda müqavilənin şərtlərini
pozsa, Rusiya məhkəməyə müraciət edib, cərimələr tətbiq edəcək."
Prezident Vladimir Putinin köməkçisi Vladimir Kojin bu günlərdə bildirib
ki, Fransa iki ədəd "Mistral" hərbi gəmini Moskvaya satmaqdan imtina
etdiyinə görə rəsmi Paris Rusiyaya kompensasiya ödəməyə razılaşıb. Bu
məsələyə dair Fransa ilə Rusiya arasında danışıqlar yaxşı keçib. Hər şey
- kompensasiyanın miqdarı və ödənilməsi cədvəli həll olunub.

Vladimir Kojin - Rusiya prezidentinin köməkçisi
Onun sözlərinə görə, gəmilərə dair müqavilənin dəyəri 1.2 milyard avro
təşkil edir. Rusiya bu gəmilərə görə Fransya 840 milyon avro həcmində
ödənişin bir qismini köçürüb. Helikopter daşıyıcısı olan həmin
gəmilərdən birincisi - "Vladivostok" adlı gəmi Rusiyaya 2014-cü ilin
noyabr ayında verilməli idi.
Xatırladaq ki, "Mistral” gəmiləri Fransa hərbi-dəniz sənayesinin
tacıdır. Fransa donanmasında bu gəmiləri "isveç cib bıçağı" da
adlandırırlar. Bu gəmilər 12 hücum vertolyotu, 60 zirehli nəqliyyat
vasitəsi və 12 tank daşımaq imkanına malikdir. Gəmiyə həmçinin 700 əsgər
və bütöv hospital sığır.

"Mistral" gəmisi