Putin “hə” dedi, MÜHARİBƏ BAŞLAYIR: Qarabağ üçün...

Putin “hə” dedi, MÜHARİBƏ BAŞLAYIR: Qarabağ üçün...
"Qarabağ münaqişəsinin həlli qeyri-müəyyən vaxta qədər təxirə salına bilər. Çünki aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkədə idarəçilik sistemi dəyişəcək. Serj Sarkisyanın prezident səlahiyyətləri isə 2018-ci ilin aprelində başa çatır. Bu vəziyyətdə Ermənistan tərəfindən Qarabağ danışıqlarını kimin aparacağı müəmmalı olaraq qalır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "lragir” saytı yazıb.
Sayt yazır ki, belə vəziyyətdə münaqişənin həlli məsələsi də təxirə salınır, hətta danışıqlar prosesi sıfırlanır: "Hazırda Rusiya və Azərbaycan arasında münaqişə ilə bağlı fikir ayrılığı yaransa da, Ermənistanın məsələni uzatması Kremlin də xoşuna gəlməyə bilər. Ermənistan əsas prioritet kimi status-kvonu qorumağa və müdafiə xəttini gücləndirməyə çalışır. Serj Sarkisyan da çıxışlarında bunu bildirdi. Əslində müdafiə naziri Viqen Sarkisyanın İrana səfəri də bu kontekstdə diqqət çəkir. Lakin Bakı bu vəziyyətdən narahatdır. Bu vəziyyətin Ermənistan üçün nəticələrinin nə olacağı da müəmmalıdır”.
Məqalədə bildirilir ki, Rusiya münaqişənin hərbi yolla həllinə icazə verə bilər.
"Situasiya Kremlin regiondakı maraqlarının əleyhinə çevrilərsə, o zaman, müharibə variantına "hə” deyəcək. "Aprel müharibəsi” göstərdi ki, bu, Ermənistan üçün sərfəli deyil”, - deyə sayt qeyd edib.

 Qarabağ problemini həllinə Nazarbayev qoşulur

Xatırladaq ki, bu günlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də Qarabağ probleminin nizama salınması üzrə yeni təşəbbüslərlə çıxış edəcəyi ilə bağlı açıqlamalar verilib. 

 Bu barədə  Qazaxıstan parlamentinin deputatı Axan Bijanov deyib.

"Qazaxıstan Qarabağ münaqişəsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə diplomatik sahəsini daraldır.
Azərbaycan - bizim qardaş ölkəmizdir, Ermənistanla isə biz inteqrasiya layihələri çərçivəsində partnyoruq. Buna görə də Qazaxıstan Qarabağ probleminin həllində kömək etməyə çalışacaq”, – deyə A.Bijanov vurğulayıb.

Hələ ötən il Qazaxıstan prezidenti görüşlərin birində Putinə işarə vermişdi ki, Dağlıq Qarabağ probleminin də həllini sürətləndirmək lazımdır.
Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi Azərbaycanın xeyrinədir. Çünki Qazaxıstan prezidenti Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edib. 

Miq.Az xəbər verir ki, hələ ötən il Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olduqda Nazarbayev prezidentərin sammitində Sarkisyana mesaj da vermişdi: "Ermənistanın təşkilata üzvlüyü Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməlidir. 

Nazarbayev bunu ona görə demişdi ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağda istehsal olunan malları da Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac etmək istəyirmiş. Ermənistan hakimiyyətinin bu planını Nazarbayev pozub. Bu baxımdan Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmasına Azərbaycanın ehtiyacı var. 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az