Putin İrəvana “Qarabağı təcili qaytar” mesajı verdi - MÜHARİBƏ

Putin İrəvana “Qarabağı  təcili qaytar” mesajı verdi - MÜHARİBƏ

Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi qorxulara səbəb olub.

Miq.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhər şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələr irimiqyaslı təlimlərə başlayıb.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Miq.az onu da oxucuların nəzərinə bir daha çatdırır ki, bu gün -noyabrin 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. O, hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.(Apa)

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlar verib.

Ermənistan mediası bunu Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün böyük hərbi hazırlığı olaraq təqdim ediblər.

Erməni ekspert David Apinyan deyib ki, gözlənilməz müharibə hər an başlaya bilər: "Azərbaycanın hərbi təlimləri təsadüfi ola bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var”.

Azərbaycan Ordusunun təlimləri fonunda SSRİ-nin keçmiş baş naziri, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkovun dünən İrəvanda söylədiyi fikirlər də diqqət çəkir.

Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran Rıjkov "Rusiya Azərbaycana niyə silah satır?” sualını cavabında bunun köhnə sual olduğunu vurğulayıb.

"Bəli, biz silahı satırıq, lakin bu o demək deyil ki, müharibə istəyirik. Hər şeyin yoluna düşməsi üçün Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Yalnız o halda, bu problemlər aradan qalxacaq”.

Rusiya Ermənistana Rıjkovun dili ilə "əgər silah satmağımızı istəmirsənsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mənim planımı qəbul et” mesajını verir.

"Armenianreport” saytı da yazır ki, Rıjkov əslində, Ermənistanın ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan "Qarabağ planı” ilə razılaşmasına işarə edir.(Publika.az)

"O, "əraziləri qaytarın, Rusiyanın Qarabağ planı ilə razılaşın və bütün bu problemlər aradan qalxsın” demək istəyir. İkinci mesajı da belədir: "əgər siz bununla razılaşmasanız, o zaman Azərbaycan güc yolu ilə sizi yola gətirəcək”. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir, lakin susur. Bu, sadəcə Ermənistanın milli biabırçılığıdır”, - deyə sayt yazır.

Miq.az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az