Putin: İŞİD-in fəaliyyət miqyasının genişlənəcəyi istisna deyil

Putin: İŞİD-in fəaliyyət miqyasının genişlənəcəyi istisna deyil
"Suriya ordusu hazırda ciddi hücum əməliyyatları keçirmək gücündədir”.
 
APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında deyib.
 
Hələb ətrafında mürəkkəb durumun olduğunu deyən Putin şəhər ətrafında həm Suriya müxalifətinin, həm də "Cebhat Ən Nusra” terror qruplaşmasının fəaliyyyət göstərdiyini bildirib. "Onları ayırmaq çox çətindir”, - deyə o vurğulayıb.
 
İŞİD-ə gəldikdə isə bu terrorçu qruplaşmasının fəaliyyət miqyasının genişlənə biləcəyini istisna etməyib.
 
Putin onu da əlavə edib ki, Rusiyanın Suriyada qalan hərbi kontingenti qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az