Putin: “Krokus”dakı terror aktını onlar törədib

Putin: “Krokus”dakı terror aktını onlar törədib
Rusiya Prezidenti Vladimir Putin "Krokus Siti Holl”da baş vermiş terror aktından sonra görülən tədbirlərlə bağlı iclas keçirib.

Globalinfo.az xəbər verir ki, iclasda təhlüəsizlik xidmətinin rəhbərləri ilə birgə, Moskva şəhəri və vilayətinin rəhbər şəxsləri iştirak edib

O bildirib ki, terror aktı radikal islamçıların əli ilə törədilib.

"Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”, – dövlət başçısı bəyan edib.

O əlavə edib ki, nasistlər, məlum olduğu kimi, məqsədlərinə çatmaq üçün heç vaxt ən çirkli və qeyri-insani vasitələrdən istifadə etməkdən çəkinməyiblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az