Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Özbəkistanda səfərdə olub.
Özbəkistan Prezidenti İslam Kərimovun Vladimir Putinlə görüşündə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, Mərkəzi Asiyada sülhün və sabitliyin qorunması, Əfqanıstanda vəziyyət müzakirə edilib.
V.Putin bildirib ki, Rusiya son beş ildə Özbəkistan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyub. Bu gün Rusiyanın ali məktəblərində Özbəkistandan 12 min tələbə təhsil alır, Daşkənddə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Rusiyanın “LUKoyl” neft şirkəti 2039-cu ilədək Özbəkistanda həyata keçiriləcək layihələrə 5 milyard dollar həcmində sərmayə yatıracaq.
İslam Kərimov Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılması ilə bağlı narahatlığını ifadə edərək deyib ki, bu, İraqdakı vəziyyətin təkrarlanmasına səbəb olar. Artıq Əfqanıstana İraqdan və Suriyadan ayrı-ayrı qüvvələrin gəlməsi barədə şübhələr var. Bütün bunlar ciddi tədbirlər görülməsini tələb edir.
Görüşün yekununda dörd sənəd imzalanıb. Maliyyə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi ilə bağlı imzalanan sazişə görə, Rusiya Özbəkistanın 860 milyon dollardan çox borcunu siləcək.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib