Putindən İlham Əliyevə dəvət

Putindən İlham Əliyevə dəvət
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

Qeyd olunub ki, sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün sahələr üzrə müzakirəsi gözlənilir.

Xatırladaq ki, bundan öncə Rusiya mediası görüşün ayın son günündə Moskva və yaxud Soçidə ola biləcəyini yazıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az