Putindən şok açıqlama: “Vəziyyət getdikcə pisləşəcək”

Putindən şok açıqlama: “Vəziyyət getdikcə pisləşəcək”

"Qarşıdakı həftələr Rusiyada koronavirusla bağlı vəziyyət üçün həlledici olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədəki sanitar-epidemioloji vəziyyətə dair iclas zamanı bəyan edib.

"Qarşıdakı həftələr bir çox baxımdan həlledici olacaq. Bu, o deməkdir ki, bizim bütün tədbirlərimiz həm yerli profilaktik tədbirlər, həm də bütün səhiyyə sisteminin təşkili optimal şəkildə qurulmalıdır”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı vəziyyət hər gün dəyişir və yaxşı deyil: "Xəstə olanların sayı getdikcə artır və xəstəliyin ağır yoluxma halları getdikcə çoxalır”.

O, hökumətə koronavirus proqnozunu yeniləməyi və gündəlik hesabat verməyi tapşırıb.

Rusiyada 18 328 koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 148 nəfər ölüb, 1470 nəfər müalicə edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az