Putindən yeni qərar: Vətəndaşlıq almaq asanlaşır

Putindən yeni qərar: Vətəndaşlıq almaq asanlaşır

Rusiya Prezidenti Vladimir Putin vətəndaşlıq əldə etmək üçün tələblərin azaldılmasını, habelə Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq və milli təhlükəsizliyə təhlükə yaradan hərəkətlərə görə vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan "Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunu imzalayıb.

Axar.az xəbər verir ki, sənəd hüququ məlumatlar portalında dərc olunub.

Qanun Rusiya vətəndaşlığına qəbul edilməklə bağlı qoyulan 20-dən çox tələbin azaldılmasını, habelə Rusiya vətəndaşlığına sadələşdirilmiş qəbul hüququ olan şəxslərin kateqoriyasını müəyyən etmək üçün dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.

Qanuna əsasən, Rusiya Silahlı Qüvvələrində azı bir il müddətinə xidmət etmək üçün müqavilə bağlamış əcnəbilər, SSRİ vətəndaşı olmuş Böyük Vətən Müharibəsi veteranlarına vətəndaşlıq veriləcək.

Qanun 180 gün sonra qüvvəyə minəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az