"Putinin məqsədlərindən biri də Merkellə Makronu ayağına gətirməkdir" - Hərbi icmalçı



"Türkiyə Suriya qaçqınlarına Avropa sərhədlərini açdı. Hələlik kiçik axının qarşısını Yunan sərhədçiləri tüstü və səs bombaları ilə ala bilib. Ancaq bir neçə günə axın böyüyüb, Yunan həddini aşacaq, 100 minlərlə qaçqın Almaniya və Fransaya çatacaqlar." 

Bu sözləri Yaxın Şərqdə baş verən hadisələrə münasibət bildirərkən hərbi icmalçı, Qarabağ qazisi Nazim Bayram Miq.Az-a açıqlamasında bildirib: 

"Ərdoğanın məqsədi Suriyada yaxın günlərdə atəşkəsə nail olmaqdır. Türkiyə üçün hazırda İdlib zonasında atəşkəsə, belə demək olarsa, alternativ- Suriyaya birbaşa müharibə elan etməkdir. Lakin Putin Ərdoğanın martın 5-ə anons etdiyi Ərdoğan-Merkel-Makron-Putin görüşünə gəlmir. Türkiyənin Avropa qapılarını açması Merkeli və Makronu Putinə təsir etmək üçün fəallaşmalarına təkan verməlidir. Qaçqın kütlələrinin məhz Almaniyanı və Fransanı seçməsi isə heç kəsdə şübhə doğurmur, əvvəlki axınlar da əsasən bu iki ölkəyə üz tutmuşdu. Avropa üçün yeni qaçqın axınının fəsadları ölçüyəgəlməz və çoxtərəflidir. Güman etmək olar ki, Putinin cari məqsədlərindən biri də Merkellə Makronu bu yolla ayağına gətirməkdir. Rusiya özünün Avropa ilə qaz problemlərini həll etmək arzusundadır, xüsusən, koronavirusa görə neft qiymətlərinin düşdüyü vaxtda."

Hərbi icmalçı Nazim Bayramın sözlərinə görə, Türkiyənin sərhədi açmaq qərarı nəticə versə, yaxın günlərdə Soçi razılaşmaları yenidən gündəmə qayıdacaq. İdlib zonasında gərginlik azalmasa da, Türkiyənin Suriya ilə birbaşa müharibə ehtimalı aşağı enəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az