Putinlə birbaşa görüşməliyəm - Zelenski

Putinlə birbaşa görüşməliyəm - Zelenski

Bu problemlərin həlli üçün mən və Putin birbaşa görüşməliyik.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Polşa mətbuatına açıqlamasında deyib.

"Hər hansı bir görüşün tamamilə dayandırılması ilə bağlı yüksək risklər var. Söhbət rus ordusunun yaşayış məntəqələrində törətdiyi qətliamlardan gedir. Mariupol və Buçada baş verənlərə görə insanlar onları öldürmək istəyir. Belə bir mühitdə danışmaq asan deyil. Ancaq bu problemlərin həlli üçün mən və Putin birbaşa görüşməliyik. Çünki, Rusiyada hər şeyə tək adam qərar verir”, - Ukrayna lideri bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az