Qafqaz Müsəlmanları İdarəsində qəbullar

Qafqaz Müsəlmanları İdarəsində qəbullar
Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bəhrom Aşrafxanovu qəbul edib.
        
 Səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri Azərbaycanla Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini, əlaqələrin indiki səviyyəsinin bu ənənələrə uyğun davam etdiyini bildirib. QMİ sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfələr danılmazdır. Prezidentlərin qarşılıqlı səfərləri, işğaldan azad edilən Qarabağın bərpasında Özbəkistanın yaxından iştirak etməsi dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir.  
Səfir Bəhram Aşrafxanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbrik məktubunu Şeyxülislam həzrətlərinə təqdim etməkdən şərəf duyduğunu diqqətə çatdırıb.
Təbrik məktubuna görə təşəkkür edən QMİ sədri A.Paşazadə salam-dualarını Özbəkistanın dövlət rəhbərinə çatdırmağı səfirdən xahiş edib, dost və qardaş özbək xalqına rifah, inkişaf arzulayıb.
Allahşükür Paşazadənin sözlərinə görə, bu ilki Ramazan ayının Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə eyni gündə başlanması dövlətlərimiz  və xalqlarımız üçün əlamətdar bir hadisədir.    
         
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
                                                                                           **********
 
Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mario Martinesi qəbul edib.
Şeyxülislam həzrətləri Direktorlar Şurasının üzvü olduğu Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) baş ofisinin Avstriyanın Vyana şəhərindən Portuqaliyanın Lissabon şəhərinə köçdüyünü, nüfuzlu qurumun toplantısında iştirak etmək üçün həmin ölkəyə səfərini xüsusi vurğulayıb.
Müvəqqəti işlər vəkili Mario Martines Ramazan ayının başlanması münasibəti ilə QMİ sədrini təbrik edib, diplomat kimi fəaliyyəti dövründə çalışdığı müsəlman ölkələrində Ramazanın böyük ehtiramla qeyd edildiyinin şahidi olduğunu deyib. Azərbaycanda özünü doğma evindəki kimi hiss etdiyini deyən qonaq dövlətimizin əldə etdiyi uğurları diqqətlə izlədiyini bildirib.
Söhbət zamanı QMİ ilə Portuqaliyadakı dini təşkilatlar arasında əlaqələrin inkişafı üçün təkliflər müzakirə olunub.   
        


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az