Qalxandan şok təlimat: Ərdoğanın planlarını pozun!

Qalxandan şok təlimat: Ərdoğanın planlarını pozun!

Ərdoğanın 2023 və 2071-ci ilə dair planları var. Mübarizə aparmasaq, o, bunu reallaşdıracaq. Gəlin, planlarını pozaq.

Miq.Az xəbər verir ki, bu açıqlama ilə PKK liderlərindən Duran Qalxan çıxış edib.

D.Qalxan yeni bir təlimat verərək strategiyalarını "təbliğata" yönəltdiklərini bəyan edib:

"Ərdoğanın 2023 və 2071-ci il hədəfləri var. BMT Baş Assambleyasında göstərdiyi xəritəni hamı bilir. Mübarizə aparmasaq, bunu edəcək. Necə mübarizə aparacağıq? Təbliğat aparacağıq. Dostlar qazanacaqsınız, insanlara təsir göstərəcəksiniz. Bunu hamı belə bilməlidir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtilə BMT-də "terrordan azad olunmuş" ərazilərin xəritəsini nümayiş etdirmişdi.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az