Qanlı 11 Sentyabrın simvolu vəfat etdi
2001-ci il sentyabrın 11-də Əl Qaidə terror təşkilatının ABŞ-da yerləşən Dünya Ticarət Mərkəzinə təşkil etdiyi hücumdan sonra çəkilən fotosu ilə hadisənin simvollarından birinə çevrilən "Toz qadın” ləqəbli Mersi Borders mədə xərçəngindən vəfat edib.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, iki uşaq anası olan 42 yaşlı qadının ölüm xəbərini yaxınları sosial şəbəkələrdə paylaşıblar. 2014-cü ilin aprel ayında xərçəng diaqnozu qoyulan Borders xəstəliyinin 2 min 753 nəfərin öldüyü "11 Sentyabr hadisəsi”nin təsiri olduğunu, udduğu toz parçaları üzündən xəstələndiyini iddia etmişdi:
"Dəqiq belə olduğuna əminəm, çünki əvvəllər heç bir ciddi xəstəliyim yox idi. Təzyiqim yüksək deyildi, xolesterinim da yox idi”.
Qeyd edək ki, 11 Sentyabr qurbanlarından biri olan Borders xəbərdarlıqlara baxmayaraq, 81-ci mərtəbədən yaralı olaraq qaçaraq xilas olan azsaylı işçilərdən biri olub. Hücumdan sonra psixoloji zədə alan Borders içki və narkotik asılılığı üzündən övladının qəyyumluğunu da itirmişdi.