"Qanuni oğru"nun dəfninə gələn 100-dən çox avtoritet saxlanıldı


Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətində kriminal avtoritetlərin kütləvi şəkildə saxlanılması üzrə böyük əməliyyat həyata keçirib.

Bu barədə bazar günü İdarənin mətbuat xidməti məlumat yayıb.

"UTX milli polislə birgə Svyatoqorsk rayonunda Ukrayna ərazisində qalmalarının qanuniliyini yoxlamaq məqsədi ilə "qanuni oğrular"dan birinin dəfn mərasiminə gələn 106 kriminal avtoriteti saxlayıb", - deyə məlumatda bildirilir.

Xüsusi xidmət orqanının məlumatına görə, saxlanılanlar arasında bir sıra ölkələrdən gəlmələr də var.
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az