“Qarabağ” avtomobil modelinin dizaynı hazırlandı - Video

“Qarabağ” avtomobil modelinin dizaynı hazırlandı - Video

Azərbaycanlı gənc Ramil Nəcəfov "Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb.

Miq.Az Xəzər xəbər-ə istinadən bildirir ki, istedadlı gənc dizayner "Qarabağ” adlı 4x4 modelini İtaliyanın Avtomobil Dizayn Mərkəzinə (Car Design Schools) göndərməyi düşündüyünü bildirib: "Məqsədim "Qarabağ” modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq”.

Gənc dizayner ilk dəfə BMV modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan, bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, "Azerant”, "Azerant Buta” avtomobillərinin və "Xəz-747” bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.

Onun ən böyük arzusu bu sahədə təhsilini və təcrübəsini daha da artırmaqdır.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az