Qarabağ qaziləri cəbhəyə yola düşdü

Qarabağ qaziləri cəbhəyə yola düşdü
Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. Onlar cəbhə bölgəsində yerləşən hərbi hissələri ziyarət edəcək, şəxsi heyətlə görüşəcəklər.
 
Müdafiə Nazirliyindən Miq.az-a verilən məlumata görə, yola düşməzdən əvvəl veteranlar Müdafiə Nazirliyində olublar.
 
Nazirliyin yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilən görüşdə aprelin əvvəllərində ordumuzun əldə etdiyi uğurlardan, əməliyyatlar zamanı əsgərlərimizin hünər və rəşadətindən danışılıb.
 
Bildirilib ki, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi və tərbiyəvi işin təşkilində Qarabağ müharibəsi əlillərinin və veteranlarının rolu əvəzsizdir. Onlar mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Bu cür səfərlərin sistemli şəkildə olması məqsədəuyğundur. Şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi vacibdir.
 
Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən Qarabağ müharibəsi əlilləri və veteranları müharibə illərini xatırlayıb, dayandıqları səngərlərdə Vətən keşiyi çəkən əsgərlərlə görüşməyin əhəmiyyətini vurğulayıblar. Veteranlar işğal altında qalan ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağına əminliklərini bildiriblər.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az