“Qarabağ” üçün 5, “Qəbələ” üçün 6 potensial rəqib

“Qarabağ” üçün 5, “Qəbələ” üçün 6 potensial rəqib

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Vətəninfo.az Apasport.az-a istinadla xəbər verir kii, mübarizəni davam etdirən 44 komandanın rəqibi məlum olacaq.

 İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 Pley-offdakı komandalardan 29-u III təsnifat mərhələsindən gələnlər, digər 15-i isə Çempionlar Liqasından yuvarlananlardı. 44 komanda iki səbətə bölünüb.

 Avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubları "Qarabağ” və "Qəbələ”nin də pley-off mərhələsindəki rəqibləri məlum olacaq. Hər iki komandamız "səpələnməmişlər”in səbətində yer aldığından, bəxtlərinə güclülərin yer aldığı səbətdən rəqib çıxacaq.

 Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.

 Püşk öncəsi komandalar qruplara bölünüb. "Qarabağ”ın 5, "Qəbələ”nin 6 potensial rəqibi müəyəynləşib.

 

1-ci qrup

Səpələnmişlər

"Atletik” (İspaniya)

"Viktoriya” (Plzen, Çexiya)

"Styaua” (Rumıniya)

"Legiya” (Polşa)

"Belenenseş” (Portuqaliya)

 Səpələnməmişlər

"Rusenborq” (Norveç)

 "Zarya” (Ukrayna)

"Jilina” (Slovakiya)

"Voyvodina” (Serbiya)

"Altax” (Avstriya)

 

2-ci qrup

Səpələnmişlər

"Ayaks” (Hollandiya)

PAOK (Yunanıstan)

"Yanq Boyz” (İsveçrə)

"Sent-Etyenn” (Fransa)

"Standard” (Belçika)

 Səpələnməmişlər

"Qarabağ” (Azərbaycan)

"Mölde” (Norveç)

"Yablonets” (Çexiya)

"Brondbü” (Danimarka)

"Milsami” (Moldova)

 

 

3-cü qrup

Səpələnmişlər

"Rubin” (Rusiya)

"Zalsburq” (Avstriya)

"Fənərbaxça” (Türkiyə)

"Bordo” (Fransa)

"Lex” (Polşa),)

"Slovan” (Çexiya)

 Səpələnməmişlər

"Hayduk” (Split, Xorvatiya)

"Atromitos” (Yunanıstan)

"Dinamo” (Minsk, Belarus)

"Videoton” (Macarıstan)

"Rabotniçki” (Makedoniya)

"Kayrat” (Qazaxıstan)

 

4-cü qrup

Səpələnmişlər

"Borussiya” (Dortmund, Almaniya)

"Alkmaar” (Hollandiya)

"Sparta” (Çexiya)

"Panatinaikos” (Yunanıstan)

"Sauthempton” (İngiltərə)

"Krasnodar” (Rusiya)

 Səpələnməmişlər

"Tyun” (İsveçrə)

HİK (Finlandiya)

"Astra” (Rumıniya)

"Mityulland” (Danimarka)

"Odds” (Norveç)

"Qəbələ” (Azərbaycan)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az