Qarabağa qanunsuz keçən iranlılar qaçacaq - Tofiq Zülfüqarov

Qarabağa qanunsuz keçən iranlılar qaçacaq - Tofiq Zülfüqarov

"Qarabağa qanunsuz keçmiş iranlılar qaçacaqlar. Çünki istər-istəməz hansısa vəzifələri də olsa, onların əsas məqsədi ərazilərimizdə gizli fəaliyyət olmuşdu. İndi ki bunu açıqlayıblar, demək, orada heç bir şey edə bilməyəcəklər".
Miq.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov "Müsavat"a açıqlamasında bildirib.
O, qeyd edib ki, hazırda Qarabağda texniki vasitələrlə təchiz olunmuş monitorinq missiyası var:
"Oradakı məlumatlar o cümlədən Türkiyə hərbçilərindədir. Eyni zamanda Azərbaycan da öz ərazisində texniki vasitələrdən istifadə edərık həmin bölgəni tamamilə nəzarət altında saxlayır. Orada təhlükə yaradan hansısa fəaliyyət olan kimi biz bundan xəbər tuturuq. Bu, istər İrandan, istər digər yerlərdən gələn dairələrə bir xəbərdarlıqdır ki, bura yiyəsiz yer deyil".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az