Qarabağda 1800 hektarlıq nar bağları da Azərbaycanın nəzarətinə keçdi...

Qarabağda 1800 hektarlıq nar bağları da  Azərbaycanın nəzarətinə keçdi...

44 günlük müzəffər savaşımız başlamamışdan öncə işğalçı və separatçı ermənilərin Azərbaycan Respublikasının işğal altındakı ərazilərində 2300 hektarlıq nar bağları olub.

Miq.Az xəbər verir ki, qəsbkar Ermənistan nəşrlərinin  yaydığı məlumata görə, bu haqda  qondarma separatçı-terrorçu rejimin "kənd təsərrüfatı” " naziri” sayılan Aşot Baxşiyan danışıb.  
Onun sözlərindən bəlli olub ki, Azərbaycanın qalib çıxdığı savaşdan sonra qanunsuz olaraq salınmış nar bağlarının 1800 hektarı həqiqi və halal sahiblərinin əlinə keçib.

A.Baxşiyan onu da əlavə edib ki,  ermənilərin ələ keçirdiyi Azərbaycan ərazilərində 140 min hektarlıq əkin sahəsi olub ki, onlardan 100 min  hektarına hər il taxıl, tərəvəz və digər məhsullar səpilib. Qondarma rejim həmin sahələr hesabına özünün taxıl ehtiyacını ödəyib və işğalçı Ermənistanın da azı 25 faizlik taxıl ehtiyacını təmin edib.(moderator.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az