
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu ilə erməni həmkarı Edvard Nalbandyan arasında imzalanan protokolda iki ölkə arasında sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası istiqamətində Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi nəzərdə tutulmuşdu. Həmin tədbirdə qarant dövlətin nümayəndəsi kimi ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton da iştirak etmişdi. Ancaq 1993-cü ildən Ermənistanın üzünə bağlanan Alican sərhəd qapısı açılmamış qalır. Bu qapı ermənilərin üzünə niyə bağlanıb? Protokol niyə icra olunmadı? Buna kim mane oldu? Türkiyə tərəfi protokolu Ermənistanın 3 iddiadan əl çəkəcəyi şərti ilə imzalamışdı:
1. Ermənistanın saxta soyqırımı iddialarının tanınmasından imtina edir (Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində açıq şəkildə yazılıb: "Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il soyqırımının (?!-S.İ.) beynəlxalq arenada tanınması üçün edilən bütün cəhdləri dəstəkləyəcək”).
2. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanıyır.
3. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edir.
Bu şərtlərə əməl etsəydilər, Alican sərhəd qapısı indi Ermənistanın qurtuluş yolu ola bilərdi. Elə Z.Mnatsakanyanın dövlətinin təhlükəsizliyi ilə bağlı qayğılarına da ehtiyac qalmazdı.
Rəsmi Yerevan onda da tapşırıq yerinə yetirdiyindən götürdüyü öhdəliyə əməl etməyərək beynəlxalq aləmdə etibarsız dövlət olduğunu təsdiqlədi.
Ermənistan sonralar bu qapının Suriyadan qaçqın düşən ermənilərə görə açılmasına çalışdı. Ancaq onların bu hiyləsi baş tutmadı. Türkiyənin ABŞ-da keçmış səfiri Osman Faruk Loğoğlu bu kampaniyanı "Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışan erməni lobbisinin fürsətcil davranışı” olaraq dəyərləndirdi : "Ermənistana mütləq quru yolla getməyə ehtiyac yoxdur. Bu, humanitar məsələni siyasətə alət etmək deməkdir”.

Bundan başqa, Türkiyəyə sığınan suriyalılar arasında kürdlər, ərəblərlə yanaşı ermənilər də var.
Onda Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya məsələləri üzrə mütəxəssisi Oytun Orhan "BBC Azərbaycanca”ya demişdi ki, bir müddət əvvəl Suriyadan etnik çərkəzlər Rusiyaya getmək üçün müraciət etmişdi: "Müharibə başlayandan bu yana çox sayda erməni qaçqın da Suriyanı tərk edərək Ermənistana gedib. Ancaq indi nəyə görə onlar üçün Türkiyə-Ermənistan sərhədinin açılması vacib olub - bunu anlamaq çətindir. Bu proses humanitar məqsəddən daha çox Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüslərinin davamı kimi görünür”.
Yeri gəlmişkən, Suriyada döyüşlər başlayandan bəri 6 mindən çox qaçqın Ermənistana köçüb. Onlara görə BMT və başqa humanitar təşkilatlar Ermənistana yardım verib.
Türkiyə misalında Ermənistan hakimiyyətinin öz iradəsi ilə hərəkət etmədiyi təsdiqləndi. Çünki həmin protokolun icrasına ABŞ qarant dövlət idi. Sənəddəki maddələrə əməl etdiyi halda Ermənistan Rusiyanın nəzarətindən çıxa bilərdi. Odur ki, o vaxtkı prezident Serj Sarqsyan hakimiyyəti "əvvəlcə Türkiyə sonra Ermənistan” bəhanəsi ilə şərtlərə əməl etmədi. Bununla da vasitəçi kimi ABŞ pis vəziyyətdə qaldı. S.Sarqsyan bir daha sübut etdi ki, Ağ Evin deyil, Kremlin sözünə baxır.
İndi Ermənistanda vəziyyət qeyri-müəyyəndir. Ermənistanda çıxan "İrates” qəzeti hakimiyyətin baş nazir Nikol Paşinyanın əlindən sürüşüb getdiyini yazıb: "O, komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb. N.Paşinyanın arxasında "kölgə hökuməti” fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları cinayət işlərinin qarşısını arzu edilən səviyyədə ala bilmirlər”.
Ermənistanın baş naziri Nikol Paşinyan Moskva ilə münasibətləri normallaşdıra bilmədiyindən ölkə iqtisadiyyatı böhrana doğru yuvarlanır. Hakimiyyətin keçmiş nümayəndələri həbsla hədələnir, yaxud həbs olunur. Mayın 4-də "Ucom” "IT” şirkəti direktorlar şurasının sədri, Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçaturyanın oğlu Qurgen Xaçaturyanın həbsi ilə bağlı xəbər yayılıb. Bir neçə saatdan sonra isə Ermənistan Milli Təhlükəsizlik Xidməti şirkət rəhbəri barəsində axtarış elan etdiyini açıqlayıb.


Bu "İrates”in yazdığını təsdiqləyir: "Paşinyan keçmiş hakimiyyət nümayəndələrinin son qəpiyini müsadirə etməklə vəziyyətdən çıxmağa çalışır. Ermənistan baş nazirinin yaxın günlərdə keçmiş vəzifəlilərə qarşı yeni cinayət işi başlayacağı gözlənilir”.
Ermənistan təbii qazın qiymətinin aşağı salınması məsələsində Rusiya ilə razılığa gələ bilmir. Bu baxımdan ehtimal edilir ki, Nikol Paşinyan aprelin 28-də İran prezidenti Həsən Ruhani ilə Ramazan ayının başlaması ilə bağlı telefon danışığında "mavi yanacağın” qiymətində razılaşıblar.
Koronavirusa qarşı mübarizə ilə bağlı ABŞ-ın Ermənistana əlavə 25 milyon dollar yardım edəcəyi Vaşinqtonun N.Paşinyan hökumətinə münasibətinin göstəricisi sayıla bilər. Ehtimal etmək olar ki, baş nazir və komandası özünü yaxşı aparacağı halda (Moskvadan uzaqlaşmanı sürətləndirərsə) müxtəlif adlar altında yardımlar arta da bilər.
Yerevanın belə davranışı, təbii ki, Moskvanın xoşuna gəlmir. Elə keçmiş maliyyə nazirinin oğlunun həbsinə cəhd də bu münasibətin göstəricisi sayılır. Başqa sözlə, N.Paşinyan korrupsiya və başqa cinayət adı altında həm də Rusiyanın Ermənistandakı adamlarını aradan götürür. Bu vəziyyətdə Moskva Yerevana ən güclü kart olan Dağlıq Qarabağ problemi ilə təzyiq edə bilər. Ermənistan isə bu məsələdə indi tutduğu mövqe ilə, əslində, Rusiyaya qarşı çıxmağa səy göstərir.

Çünki Ermənistanın nə sərhədi açmağa, nə də təhlükəsizlik kimi məsələni bəhanə etməyə gücü çatar. Ermənilər 200 ildir Qafqazda böyüklərinə göstərdikləri qulluğu davam etdirirlər. Z.Mnatsakanyan, N.Paşinyan və daha başqaları tapşırıqların icrası üçün o torpaqlarda qurulan dövlətə başçılıq edirlər.
İndiki Ermənistan Dağlıq Qarabağ münaqişəsinin üzərində mövcuddur. Elə onun sponsorları da Cənub Qafqazın işlərinə bu dövlətə görə müdaxilə edə bilirlər. Qarabağ münaqişəsinin həlli bölgədə yeni, daha təhlükəsiz, etibarlı şərait yaradar. Belə vəziyyət isə nə "bulanıq suda balıq tutan” sponsorlara, nə də bu balıqdan yiyən ermənilərə sərf edir.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ