“Qarasu”-da mühtiş oğurluq

“Qarasu”-da mühtiş oğurluq

Vətəninfo.az-a daxil olan məlumata görə,  “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində mühtiş oğurluq baş verib. Məlumata görə, 4 gün bundan öncə   “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətiinin kaçalkalarla üzbə-üz yerləsən boru ərazisindən nə az nə çox düz 450 ədəd boru oğurlanıb.
Məlumata görə, boruların  oğurlanmasını İlam Ovçıyevun nəzarətində olan sekurun rəisi Namiq bilir,amma faktı gizlədirlər.
Məlumata görə, baş verən oğurluq hadisəsinin gizlədilməsinə səbəb  “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin prezidenti İqor Nikolayeviç Qutsuyevdən gizlədilməsi və onun bu hadisədən xəbər tutmasının qarşısını almaq olub.
Redaksiyamızın electron ünvanına bununla bağlı daxil olan məlumatda  qeyd edilir ki, 450 borunun şirkətin boru tədarükü ərazisindən gizlincə çıxarılmasında Arif Alışovun əli var.


Məlumatda vurğulanır ki. Azərbaycanda 1-ci Avropa oyunları ilə bağlı müxtəlif hüquq-mühafizə orqanlarının başı  qarışıq olduğundan Arif Alışov və ona yaxın olanlar “Gecə qara-cücə qara2 deyib şirkəti soğan kimi soymağa başlayıblar. Artıq şirkətdə əllərinə nə keçdi satan qüvvələr indi də boruların satışı ilə bu günə qədər əldə etdikləri qeyri-qanuni gəlirlərini artırmağa üstünlük veriblər. Məlumata görə, oğurluq hadisəsinin üstünü təhlükəsizlik xidmətinin rəisi hiss edib və hətta bir neçə gün öncə mühafizə xidmətinin rəisi boruların olduğu əraziyə gələrək onları özü saymağa başalyıb. Amma mühafizə rəisi bir neçə gün sonra gəldikdə isə boruların oğurlandığının şahidi olub.


Məlumata görə, qara bazarda 1 borunun qiyməti  50 manatdir.  Yəni  “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin ərazisindən nə za-nə çox düz  20 minnik əmlak oğurlanaraq satılıb və bu şirkət rəhbərliyi  bilməsin deyə gizlədilir.
Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki. baş verən bu oğurluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarında bu istiqamətdə hansısa  tədqiqata star verilməyib. Məlumatda qeyd edilir ki, əgər baş verən oğurluqla bağlı cinayət işi açılarsa  “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində işləyən və hadisədən xəbərdar olan insanlar izahat verə bilərlər.

Redaksiyadan: “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində qeyd olunan oğurluq hadisəsi ilə bağlı şirkət rəhbərliyinin də mövqeini dərd etməyə hazırıq.

-Arif Alışov yaxın qohumu Səyyadı İloyla necə işə düzəldib?
Bu və ya digər şok xəbərlərlə bağlı bizi izləyin

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az