"Qarın buraxan zabitlərin hamısı ordudan uzaqlaşdırılmalıdır"- Fərhad Mehdiyev
"Nəcməddin başda olmaqla bir neçə generalın ordudan atılmasını qeyd edən hüquqşünas bildirir ki, bəzi şeyləri təkrar etməkdə fayda var"
Miq.Az xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev bildirib.
Hüquqşünasın fikrincə əsgərlərin taktiki hazırlığı sadəcə marş və avtomat silahların sökülüb - yığılmasından ibarət olmamalıdır. Eyni zamanda, normal hərbi biliyə yiyələnə bilməyən əsgərin orduda qalmasının da əleyhinə çıxan Fərhad Mehdiyev xidmətlə bağlı təkliflərini aşağıdakı ardıcıllıq üzrə qeyd edir:
1. Milli Ordu əsgərlərinin taktiki hazırlığı sadəcə marş və avtomat silahları söküb - yığmaqdan ibarət olmamalıdır. Əsgərlərimizdə döyüş taktikasını döyüş təcrübəsi olan zabitlər, qizirlər öyrətməlidirlər. Minalı sahədən çıxmaq, maskirovka, su necə tapmaq lazımdır, kompasla işləmə və azimutu hesablama bacarığı daxil olmaqla. Hər bir əsgərə RPG, SVD, Muxa, Faqot kimi silahlardan atış qaydaları öyrədilməlidir. Bunları öyrədə bilməyəcəyimiz əsgəri orduya aparmaq, onun saxlanmasına pul xərcləmək lazım deyil.
2. Xəritə ilə işləmə bacarığı, zabitlərə, bölük, manqa və tağım komandirlərinə öyrədilməlidir.
3. Koordinat hesablama və bildirmə qabliyyətlərini bütün hər bölükdə ən az bir əsgər bilməlidir. Artilleristlərə və minomyotçulara da daha dəqiq koordinatla işləməyi öyrətməlidirlər.
4. Əsgərlərinə öz doğması kimi yanaşmayan, korrupsiyaya bulaşmış zabit korpusu ordudan uzaqlaşdırılmalıdır.
5. Qarın buraxan zabitlərin hamısı ordudan uzaqlaşdırılmalıdır."
Miq.Az