Qarpızdan zəhərlənmənin səbəbi nədir?
Son zamanlar qarpızdan zəhərlənmə ilə bağlı hallara rast gəlinir.
Kəpəz TV-nin (Region TV) verdiyi xəbərə görə, mütəxəssislər bildirir ki, məhsulu mövsümündən əvvəl becərmək o qədər də təhlükəli deyil, əsas bitkiyə verilən pesitisitlərdən istifadə və aqrotexniki qulluğun vaxtında, düzgün aparılmasıdır.
Yəni temperaturun çatışmaması, rütubətin həddən artıq çox olması bitkilərdə maddələrin mənimsənilməsini zəiflədir.
Nəticədə bitkidə nitrat azotunun qalıq miqdarı normadan artıq olur və bu da zəhərlənməyə gətirib çıxarır.
Vətəninfo.az