“Qaş aldırmaq günahdır” - İlahiyyatçıdan qalmaqallı sözlər/ VİDEO

“Qaş aldırmaq günahdır” - İlahiyyatçıdan qalmaqallı sözlər/ VİDEO
Azərbaycanlı ilahiyyatçı Veysəl Orucovun "qaş aldırmaq günahdırmı” mövzusunda moizəsi müzakirələrə səbəb olub.

BakiPost.az xəbər verir ki, V. Orucovun sözügedən moizəsi sosial şəbəkələrdə yayılıb. O, qaş aldıran qadınların Allah tərəfindən lənətləndiyini qeyd edib. Daha sonra ilahiyyatçı "Lənətlənmiş bir qadınla kişi necə bir yerdə yaşaya bilər? Kişilər arvadlarına sahib çıxmalıdır, yiyə durmalıdır. Arvadınıza qaşlarını almasını qadağan etməlisiniz”, - deyə əlavə edib. 

Bu isə ciddi müzakirələrə yol açıb. Həmin moizənin videosunu təqdim edirik:
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az