Qaynana deyingənliyi xərçəngə səbəb olur

Qaynana deyingənliyi xərçəngə səbəb olur
Psixoloq Gülşah Sam Orxan: "Ağır depressiya, travmalar, kədər və itkilər nəzarətsiz hüceyrələrə zəmin hazırlayaraq xərçəngi əmələ gətirir", "Qalxanabənzər vəzin xərçəngi, qaynana problemlərini udan, özünü ifadə etməyən qadınlarda daha sıx görülür" "Həyat Yoldaşından dəyər görməyən qadın yumurtalıq xərçənginə yaxalanarkən, günah və peşmançılıq hissləri mədə xərçənginə səbəb ola bilir."
 
Son illərdə adını daha tez-tez eşitdiyimiz "xərçəng" ə yol açan faktorlar da mübahisə edilməyə davam edir. Ölkəmizdə ruhi sıxıntıların xərçəng xəstəliyinə tutulmaya təkan verdiyi bildirildi.
 
 Ruhi baxımdan meydana gələn çətinliklərin bədənə, cismi çətinliklər isə zehnə və ruha təsir göstərdiyini qeyd edən psixoloq Gülşah Sam Orxan, xərçəngin də ruhi quruluş pozulmasından qaynaqlanan patoloji bir vəziyyət olduğunu sübut etdiyini ifadə etdi.
 
 Xüsusilə ağır depressiya, travma, kədər və itkilər nəzarətsiz hüceyrələrə zəmin hazırlayaraq xərçəngə səbəb olduğunu bildirən Orxan, "Xaricdə aparılan araşdırmalar, bəzi xərçəng növlərinin altında ruhi problemlərin yatdığı nəticəni göstərir.
 
 Məsələn, ən çox qadınlarda ortaya çıxan qalxanabənzər vəzin xərçənginin əsasında özünü ifadə etməmə, təcavüzlərə qarşı səssiz qalma problemi durur. Türk qadını ən çox qaynana problemlərini udanda tiroid xərçənginə tutula bilər.
 
 "Dəyərsizlik hissi xəstəliyə səbəbi ola bilər.
 
 Orxan, rəhim, yumurtalıq və rəhim ağzı xərçəngi kimi növlərin isə daha çox özünü qadın kimi hiss etməyən, həyat yoldaşlarından dəyər görməyən qadınlarda görüldüyünü vurğulayaraq, bunları söylədi:
 
 "Ötən illərdən qalan, həzm edilməyən hadisələr, mədə xərçənginə yol açır. Ər, qaynana travmaları, günah və peşmançılıq hissləri mədə xərçənginin ən mühüm səbəbləri arasında yer alarkən, kolon xərçəngi dediyimiz nazik və yoğun bağırsaq xərçəngi xəstəliklərinin ruhi səbəbləri kimi isə asılılıq hisslərini görürük.
 
 İnsanın keçmişdə asılı hiss etdiyi bir şeydən ayrılması bağırsaq xərçənginə zəmin hazırlayır. Övlad itkisi, ər itkisi, ana- ata itkisi bunlar arasında yer alır".

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az