Qazaxın 7 kəndi qaytarılacaq? - Çavuşoğlu
Azərbaycanın işğal edilmiş torpaqlarının hamısının geri qaytarılması ilə bağlı problem həll edilə bilər.
Miq.Az xəbər verir ki, bunu sazişdə Qazaxın 7 kəndinin işğaldan azad edilməsinin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavab verən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, işğal edilmiş torpaqlardan ermənilərin çəkilmə məsələsi müəyyənləşdirilmiş cədvələ əsasən olacaq:
"Digər kiçik detallarla bağlı Azərbaycan rəsmiləri daha ətraflı məlumat verə bilər. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad olunmasıdır. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır” .
Miq.Az