Qazax Rayonu İcra Hakimiyyətinin rəsmi saytındakı "rayon haqqında" bölməsi isə açılmır...
"Rusiya ordusu Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Voskepar hissəsində (Tavuş vilayətii) blok-postlar qurub”.
Moderator.az xəbər verir ki, bu Ermənistan mediasının yaydığı məlumatdandır.
"Bağanis kənd sakini erməni müxbirlərə bildirib ki, onlardan birinin foto-şəklini çəkib.
Xatırladaq ki, bir neçə saat əvvəl internetdə kənddə Rusiya bayrağının asıldığını bildirən bir foto-şəkil yayılmışdı. Jurnalistlər Voskepar kənd bələdiyyə başçısı Serob Maqsudyan ilə əlaqə saxlayıb. Məlumatı təkzib və ya təsdiq etməyən şərh vermək istəmədiyini bildirərək bütün sualları Müdafiə Nazirliyinə ünvanlamağı tövsiyə edib.
Müdafiə Nazirliyi müxbirin zənglərinə cavab verməyib.
Xatırladaq ki, bir müddət öncə Hetq.am rus hərbçilərinin guya kənddə blok-postlar qurması
haqda bir video yayımlayıb” – xəbərdə belə deyilir.
Moderator.az olaraq xatırladaq ki, dünən - avqustun 5-də Ermənistan mediası Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin Voskepar kəndinə yerləşdirildiyi barədə xəbər yayıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, bu proses Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Azərbaycan mediasında yayılan bəzi məlumatlara görə, əslində rus hərbçiləri Qazax rayonunun erməni işğalı altındakı Əskipara kəndində yerləşiblər. Kənd eyni rayonun işğal altındakı kəndlərindən olan Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir. Ermənilər isə kəndin adını dəyişib "Voskepar" qoyub.
Ancaq Qazax rayonunun kəndlərinin "Vikipediya"dakı siyahısında "Əskipara" adlı kənd göstərilmir. Qazax rayonu İcra Hakimiyyətinin rəsmi saytındakı "rayon haqqında" bölməsi isə açılmır. Güman edirik ki, Qazax İH tezliklə məsələyə aydınlıq gətirəcək...