Azərbaycanın qədim yaşayış məskənlərindən sayılan Şabran rayonuna yay
aylarında gələn turistlərin sayında artım müşahidə olunur. Ölkəmizin
şimal bölgəsindəki əsas turizm mərkəzlərinə aparan yolun üzərində
yerləşməsi bu tarixi məkanı turistlər üçün daha da cəlbedici edir.
Rayonda 150-dən artıq tarixi memarlıq və arxeoloji abidə var. Bunlar
sırasında turistlərin ən çox diqqətini çəkənlər isə "Çıraqqala”
tarix-memarlıq və "Şabran şəhəri” tarixi qoruqlarıdır.
Yerli və əcnəbi qonaqlar bu tarixi məkanları ziyarət etməklə yanaşı,
həmin yerlərdə arxeoloji qazıntılar zamanı aşkarlanan nümunələri görmək
üçün Şabran Tarix-Diyarşünaslıq Muzeyinə gəlirlər. Muzeyin bələdçisi
Nərmin Eyvazlı AZƏRTAC-a müsahibəsində bildirib ki, son altı ayda
mədəniyyət ocağını 2 min 849 turist ziyarət edib. Muzeyə gələn
əcnəbilərin sayı isə 200 nəfərə yaxındır.
Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim eksponatlarla yanaşı,
muzeyə gələn turistlərin ən çox diqqətini çəkən həm də qədim
xalçalardır. Əldə toxunan xalçaları bəyənən əcnəbi turistlər yerli xalça
ustalarına sifariş də verirlər.
İyirmi dörd ildir fəaliyyət göstərən və 2011-ci ildə bərpa edilərək
yenidən istifadəyə verilən Şabran Tarix-Diyarşünaslıq Muzeyində həm
ölkəmizin, həm də rayonunun tarixini əks etdirən və turistlər üçün maraq
doğuran xeyli eksponat var.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ