Qəhrəman döyüşçü Qoşqar Hacıyevin dəfn yeri məlum oldu

Qəhrəman döyüşçü Qoşqar Hacıyevin dəfn yeri məlum oldu

Qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 11-də dəfn olunacaq.

Bu barədə Miq.az-a Qarabağ müharibəsi veteran Rey Kərimoğlu bildirib. O qeyd edib ki, Qoşqar Hacıyev "Qurd qapısı” yaxınlığında hərbiçilərin qəbiristanlığında dəfn olunacaq:

"Dəfn məsələləri dövlət tərəfindən həyata keçiriləcək. Təşkilati işləri Müdafiə Nazirliyi görəcək. Hazırda Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurban Heydər Məscidindədir”.

11.33

Qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyevin harada dəfn olunması dəqiqləşməyib.

Bu barədə Qaynarinfo-ya Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu deyib. O bildirib ki, hazırda mərhumun cənazəsi Heydər məscidinə aparılır:
"Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar aparılır. Yəqin ki, yaxın saatlarda Qoşqar Hacıyevin dəfn yeri də açıqlanacaq”.

Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında Ege Hospitalda dünyasını dəyişib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az