“Qərb tədricən Rusiyanı Qafqazlardan çıxaracaq”

“Qərb tədricən Rusiyanı Qafqazlardan çıxaracaq”

Qarabağ münaqişəsi dünyanın güc mərkəzlərinin Qafqaz və Azərbaycan uğrunda toqquşmasının  nəticəsidir.

Bu fikirləri “Veteninfo.az”a Azərbaycan parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Qarabağ münaqişəsinin həllində Amerika-qərbin rolunu dəyərləndirirkən bildirdi:

“Digər tərəfdən, sosialist sistemi və SSRİ dağılana yaxın bu imperianın başbilənləri həmin ərazinı öz nüfuz darəsində saxlamaqdan ötrü, onun  müxtəlif regionlarında  müqaqişə ocaqları və plasdarmlar  yaratmaq yolunu tutdular. Mərkəzi Asiyada Tacikistanı, Qafqazda Ermənistanı seçdilər. Azərbaycanda Qarabağ, Moldovada Dnestryanı, Avropada Serbiya və sair. Qərb Rusiyanı vurub Avropadan çıxardı. Tədricən Qafqazlardan da çıxaracaq. Qərb Qarabağ probleminin həllində maraqlıdır. Çünki Azərbaycan qərbin enerji təhlükəsisliyinin təmin edilməsində önəmli rol oynayır. Bundan əlavə, qərb öz qonşuluğunda sabit regionların olmasını,münaqişə ocaqlarının sönməsini  ora gələn enerji, boru kəməri xəttlərinin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasını istəyir. Ona görə də Azərbaycan və Ermənistanın da qatıldığı “ Şərq Tərəfdaşlığı” proqramını həyata keçirir. Amma bunu nəzərə çarpan dərəcədə real effekt verməsi  yaxın perspektivin işi deyil. Həm də heç kimi elə-belə Qarabağı Azərbaycana peşkeş edən deyil. Qlobal maraqlar var və həmişə də olacaq. Rusiya Qafqazdı öz nüfuz dairəsində saxlamaqdan ötrü bundan sonra da, çaba göstərməkdə davam edəcək”,-deyə millət qeyd etdi.

Millət vəkili Rusiyanın bu coğrafi sərhədlər çərçivəsində perspektivi olmadığından, Qafqazı yenidən müxtəlif planların pərdəsi altında ilhaq etmək imkanı olmadığını söylədi: ”Ona görə də Azərbaycan Qarabağ probleminin həllində BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasını nəzərdə tutan dörd məlum qətnaməsinin reallaşdırılması istiqamətində  yükün əsas ağırlığını özü daşımalı olacaq”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az