Qətər Əmiri Bakıya rəsmi səfər edəcək
Qətər Əmiri Təmim bin Həməd Al Taninin Bakıya rəsmi səfəri zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Vətəninfo.az xəbər verir ki, diplomatik mənbədən Trend-ə verilən məlumata görə, səfər avqustun 5-6-na planlaşdırılır.
Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Danışıqların yekunlarına əsasən təhsil, İKT və digər sahələr üzrə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.