Qəzzada xəstəxanaya hücum – Netanyahu lənətlədi

Qəzzada xəstəxanaya hücum – Netanyahu lənətlədi


Qəzza sektorunda xəstəxanaya vəhşi terror hücumu həyata keçirilib.

Axar.az xəbər verir ki, bu sözləri israil Baş naziri benyamin netanyahu X səhifəsində yazıb.

"Bu vəhşi hücumu ÇAXAL (İsrail ordusu – red.) etməyib, bizim uşaqlarımızı qəddarcasına öldürənlər öz uşaqlarını da öldürür”, - Netanyahu bildirib.

Qeyd edək ki, Qəzzada xəstəxanaya raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Mahmud Abbas olayla bağlı Fələstində 3 günlük matəm elan edib.

Dünyanın əksər lideri bu hücumu pisləyib, eyni zamanda, Əmmanda insanlar İsrail səfirliyinə hücum edib.

İsrail ordusu isə hücum etmədiyini, "İslami-Cihad”ın İsrailə atmaq istədiyi raketin öz xəstəxanasına düşdüyünü bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az