Qırgız polisi azərbaycanlı oğlanları axtarır- VİDEO

Qırgız polisi azərbaycanlı oğlanları axtarır- VİDEO
Qızlar azərbaycanlı oğlanlarla görüşdükləri üçün təhqir olundular 

Sosial şəbəkələrdə qırğız qızlarının azərbaycanlı oğlanlarla görüşdüyünə görə təhqir olunduğu video yayılıb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, fevralın 15-də Feysbuk-da yerləşdirilən videoda bir neçə oğlan qırğız dilində qızları təhqir edir. Hadisənin Moskva vilayətinin Kolomna şəhərindəki "Solo" klubunda baş verdiyi iddia olunur.

"Niyə kameraya düşməkdən çəkinirsən, amma azərbaycanlılarla kafeyə getməkdən yox?" - deyə videodakı gənclərdən biri soruşur. Qızlardan biri isə qırğız kişilərindən məyus olduğunu və ona görə başqa millətlərin nümayəndəsi ilə görüşdüyünü deyir. Sonda gənclərdən biri onlara "azərbaycanlılar qırğız deyil" - deyə qışqırırlar.

Artıq Qırğızstan Daxili İşlər Nazirliyi faktla bağlı məlumat yayaraq, videodakı şəxslərin tapılması istiqamətində tədbirlər görəcəyini deyib. Lakin qurum hadisənin Rusiya ərazisində baş verməsi səbəbindən, ilk növbədə, həmin ölkənin hüquq-mühafizə orqanlarının məsələyə baxmalı olduğunu deyib. Hadisə qırğız cəmiyyətində ciddi müzakirələrə yol açıb.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az