Qondarma resbublikanın qondarma generalı ÖLDÜRÜLDÜ- Təsdiq

Qondarma resbublikanın qondarma generalı ÖLDÜRÜLDÜ- Təsdiq
Dünən Azərbaycan Silahlı Qüvvələrinin düşmənin komanda-qərərgah məntəqəsinə zərbələr edirməsi barədə məlumatlar və təsdiqedici faktlar ortaya qoyulduqdan sonra sosial şəbəkələrdə ilginc xəbərlər yayılmağa başladı. 

Dünən yerli mətbuatımızda sosial şəbəkələrin erməni istifadəçilərinin paylaşdığı şərhlərə istinadən Azərbaycan Ordusunun dağıdıcı zərbəsi nəticəsində "Qondarma Dağlıq Qarabağ Rrespublikanın” yüksək rütbəli zabitlərin məhv edilməsi ilə bağlı xəbərlər də tirajlandı. 

Komanda-Qərərgah Məntəqəsinin vurulmasına şərh yazan istifadəçilər bildirirdilər ki, idarəetmə məntəqəsinin vurulduğu an orada yüksək çinli zabitlərlə yanaşı, "müdafiə naziri" Levon Mnatsakanyan və general Seyran Saroyan olub. Bununla yanaşı, şərhlərdə bildirilirdi ki, qeyd olunan şəxslər ağır xəsarət alıblar. 

Bu gün Miq.az-a daxil olan məlumata görə, həqiqətən də Azərbaycan Ordusunun dağıdıcı zərbəsi nəticəsində "Qondarma Dağlıq Qarabağ Rrespublikanın” yüksək rütbəli zabitlərinin işərisində  "müdafiə naziri" Levon Mnatsakanyan və general Seyran Saroyan da olub və onlar məhv ediliblər.
 
Rusiyadakı oxucularımızın Miq.az-a verdiyi məlumata görə, Moskvanın Toplustan ticarət mərkəzində çalışan ermənilərdən biri Levon Mnatsakanyanın qohumu olub və o da generalın ölüm xəbərini təqsdiqləyib.

Qeyd edək ki, dünən ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.

Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az