Qubada 5-ci uşağını dünyaya gətirən ana iynədən öldü
"Riopoliqulikin" adlı preparatdan şok keçirən qadını xilas edə bilməyiblər
Bu gün səhər Qubada ana ölümü olub.
İstiPress- in Şimal bürosunun məlumatına görə, Xaçmazın Müzəffəroba kənd sakini 34 yaşlı Sevinc Seyidəliyeva Quba Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiya verib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib.
Xaçmaz şəhər xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin verdiyi məlumata görə, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: "Sadəcə, xəstə damarına vurulan dərmana sərt reaksiya verib”.
Qeyd edək ki, uşaq sağdır.
Miq.Az