Qulu Məhərrəmli ilə bağlı qərar

Qulu Məhərrəmli ilə bağlı qərar
Bu gün Yasamal rayon məhkəməsində AzTV sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Vəkil Cavid Rzazadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.Alışanovun vəkili vəsatət verərək Qulu Məhərrəmlinin müsahibə zamanı işlətdiyi ifadələr barədə linqvistik ekspertiza təyin olunmasını istəyib.

A.Alışanovun vəsatəti təmin edilib və ekspertiza təyin edilib.

Məhkəmə prosesi ekspertizanın nəticələri müəyyən olunan müddətə qədər qeyri-müəyyən tarixə təxirə salınıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az