"Bu gün Türkiyədə Azərbaycan ədəbiyyatı, şairləri çox yaxşı səviyyədə tanınır və sevilir". Bu sözləri İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, yazar Hikmet Elp Türkiyədə Azərbaycan ədəbiyyatının tanınması ilə bağlı fikirlərini şərh edərkən söylədi.
"Ancaq bədii roman yaxşı tanınmır. Onu da qeyd edim ki, son illər bu sahədə olan boşluğu fəaliyyətimizlə doldurmağa çalışırıq. Burada bir neçə azərbaycanlı dostlarımızla bir yerdə Azərbaycan ədəbiyyatından Türkiyə türkcəsinə tərçümələr edərik. Artıq tərçüməçilər qrupu yaratmışıq. Hətta yazar Kəbutər Haqverdinin Qarabağ və Xocalı haqqında yazmış olduğu "Qar qan rəngiydi o gecə" adlı bədii romanını özüm Türkiyə türkçəsinə çevirirək oxucuların ixtiyarına verdik. Bizim qurduğumuz tərçümə qrupunda Azərbaycan vətəndaşı olan jurnalist və yazar Kəbutər Haqverdi, əslən qərbi Azərbaycandan olanlar Cumhur Turan, Gökmen Kılıçoğlu ilə birlikdə bir çox əsərləri könüllü şəkildə tərçümələr edirik ki, bununla da iki qardaş ölkə arasında əlaqələrimizin, fikir və ideyaların qarşılıqlı şəkildə daha da güclənməsinə nail olmaq istəyirik", - deyə yazar qeyd etdi.
Hikmet Elp İstanbul Azərbaycan Mədəniyyət Evi olaraq bu missiyanı daim qoruyacaqlarını və yaşadacaqlarını bildirdi: "Bizim tək bir hədəfimiz və istəyimiz Azərbaycan və Türkiyə arasında bağları gücləndirmək və onu daha da irəliyə aparmaqdır. İnşallah, türk dünyası Azərbaycan və Türkiyə qardaşlığının təməlləri üzərində qurulacaq".
Elnur Eltürk
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.