"Üçüncü yer üçün döyüşә, azarkeşlәrim önünә çıxmaq fikrim yox idi. Çünki ermәniyә uduzmağı qәbul edә bilmirdim. Elә ona görә dә medalları alarkәn başımı qaldırmaq istəmədim" - bu sözləri 66 kq çəki dərəcəsində I Avropa Oyunlarının bürünc medalını qazanan güləşçi Həsən Əliyev demişdi.
Daha sonra Bakı 2015-in yarımfinalında erməni rəqibinə uduzan pəhləvanımız ona verilən dəstəkdən söz açıb.
Dünya və Avropa çempionumuz Həsən Əliyev finala vəsiqə qazana bilməməsi və erməni idmançıya məğlub olmasına görə təəssüflənsə də, ona olan dəstəyə görə xoşbəxt olduğunu bildirib.
İdmançımız bu barədə hisslərini sosial şəbəkədə yazdığı postda qeyd edib: "Sözün əsl mənasında deməyə ifadə tapmıram. Bir onu deyə bilərəm ki, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi etdiniz. Buna görə millətim qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim, bu gün məni ən xoşbəxt insan etdiniz. Bu yaxşılığın qarşısını sadəcə Allah verə bilər, mən acizəm!"
Mükafatlandırma zamanı başını aşağı salan idmançımızın bu görüntüsü sosial şəbəkədə geniş yayılıb. Facebook, İnstagram və Twitter-də bu fotonu "#basinidiktut" heşteqi ilə paylaşanlar Həsən Əliyevə tam dəstək verdiklərini bildiriblər, ona ruhdan düşməmək məsləhət görüblər.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ